banner
banner

Sosİal

Sabahdan ixtisas seçimi başlayır

Sabahdan ixtisas seçimi başlayır

Sabahdan Azərbaycanın ali məktəblərinə bütün ixtisas qrupları üzrə (I-V qruplar) ixtisas seçimi başlayır.

İxtisas seçimi 29 iyul-10 avqust tarixlərində aparılacaq.

2016/2017-cı tədris ili üçün I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Bu il I-IV qruplar üzrə keçirilən qəbul imtahanlarında 78545 abituriyent iştirak edib və onlardan 34 385-i 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək imkanı qazanıb. Belə ki, cari il I ixtisas qrupu üzrə imtahanda iştirak edən 31397 abituriyentdən 11406-sı, II ixtisas qrupu üzrə 22135 abituriyentdən 10621-i, III ixtisas qrupu üzrə 19673 abituriyentdən 9535-i, IV ixtisas qrupu üzrə isə 5340 abituriyentdən 2823-ü ixtisas seçimində iştirak edəcək.

I ixtisas qrupu üzrə "Riyaziyyat", "Fizika", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən az olmayan 8741 abituriyent, "Kompüter elmləri" və "Geologiya" ixtisasları üzrə müsabiqədə isə ümumi balı 300-dən az olmayan 6504 abituriyent ixtisas seçimində iştirak edəcək.

Bu il I ixtisas qrupu üzrə "Aqromühəndislik", "Torpaqşünaslıq və aqrokimya", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik", ixtisaslarının, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisasının, IV ixtisas qrupu üzrə isə "Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər" ixtisaslarının, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Ekologiya" və "Əczaçılıq" ixtisaslarının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər də (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur) ixtisas seçimində iştirak edə biləcəklər.

I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 14 808 abituriyent, IV ixtisas qrupu üzrə qəbul imtahanında isə 3223 abituriyent 150 və daha yüksək nəticə göstərərək müsabiqədə iştirak etmək imkanı qazanıb. Ümumilikdə, I və IV qruplar üzrə 150-dən yuxarı bal toplayan 18 031 abituriyent ixtisas seçimində iştirak edəcək.

V ixtisas qrupunda qabiliyyət imtahanı üzrə yekun nəticəsi və test imtahanında topladığı ümumi balı TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olanlar ixtisas seçimində iştirak edəcəklər. (APA)

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.