Türkiyədə 15 iyul – hərbi çevriliş cəhdinə səssiz qaldığı üçün ən çox tənqid edilənlərdən biri, məşhur yumor ustası və aktyor Cem Yılmaz idi.
Səssizliyinə son qoyan C.Yılmaz tvitterdəki hesabından açıqlama yayaraq haqqında söylənən fikirlərin haqsız olduğunu yazıb:
“Vətən sevgim, həyatım ortadadır” deyən Cem Yılmaz, neçə gündür hadisələrə münasibət bildirmədiyi üçün hesab verməyəcəyini söyləyib: “Bu qədər kədərdən sonra hədəf axtarılması mediaya yaraşmır. Bu çətin günlərdə əsəs məsələlərdən diqqəti yayındıran, qeyri-ciddi və əxlaqsız xəbərlərə inanmayın”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.