Türkiyəli müğənni Hadisə 3 milyon lirəyə (təxminən 1,58 milyon manat) Bodrumda aldığı "La Plaj"dan sərvət qazanıb. Ifaçı 1 ay ərzində məkanda təşkil etdiyi konsertlərdən 3 milyon lirə (təxminən 1,58 milyon manat) gəlir əldə edib Hadisə çimərliyində Gülşən, İrem Derici, Kerimcan Durmaz, Ayşe Hatun Önal və özü üçün konsertlər təşkil edib. Bununla kifayətlənməyən Hadisə iyulda 10 konsert verərərk rekorda imza atıb. Hər konsertindən isə ifaçı 70 min lirə (təxminən 36 min manat) alıb. Sənətçinin ümumi konsert gəliri 700 min lirə (təxminən 360 min manat) edib. Beləcə, hadisə 1 ayda 3 milyon 700 min lirə gəlir əldə edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.