24 yaşlı ingilis model və aktrisa Kara Delevin (Cara Jocelyn Delevingne) həmcinsi ilə yaşadığı eşqdən danışıb.
Əsl adı Anne Erin Clark olan 34 yaşlı amerikalı bəstəkar-müğənni Vinsenti dəlicəsinə sevdiyini deyib:
“Daha öncə sevginin nə olduğunu bilmirdim. Lakin, indi bu hissi yaşayıram. Hətta, model olaraq karyeramın zirvəsindəykən bu qədər xoşbəxt olmamışdım”, - deyə Kara Delevin bildirib.
Qeyd edək ki, K.Delevin 2015-ci ildən birlikdə olduğu Vinsentə bu ilin fevralında “Eyfel qülləsi”nin başında evlilik təklifi etmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.