banner
banner

Gündəm

Azərbaycanın internet məkanında nə baş verir?

Azərbaycanın internet məkanında nə baş verir?
Avqustun 2-i saat 16.00 radələrindən etibarən ölkənin internet təminatında və milli resursların fəliyyətində problemlər yaranıb. 

Belə ki, günün müəyyən saatlarında internet bağlantısında fasilələr yaranıb və Delta Telecom-un Data Mərkəzində yerləşən milli resursların fəaliyyətində problemlər yaşanıb. 

İnternet təminatı qısa müddətdə həll olunsa da əksər milli resursların, bir sıra xəbər saytlarının fəaliyyətini indiyədək bərpa etmək mümkün olmayıb.
 
Sputnik-in məlumatına görə, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu məsələyə özünün facebook hesabında aydınlıq gətirib.
 
"Delta Telecom şirkəti ölkənin xeyli sayda milli informasiya resurslarını həm ictimai əsaslarla, həm də kommersiya şərtləri ilə öz Data Mərkəzində saxlayır. Delta Telecom-un və Data Mərkəzin rəsmi internet resursları da hazırda aktiv deyil. Müşahidələr və əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki problemlər Delta Telecom-un magistral xətlərində deyil, daxili sistemində baş verən nasazlıqlarla bağlı olub. Problemin uzun müddət davam etməsi onun ciddi olmasından xəbər verir." — deyə Osman Gündüz bildirib.

Onun sözlərinə görə, müşahidələr göstərir ki, milli operatorun sistemində baş verən problemlər elektrik sistemində baş verən nasazlıqlarla da bağlı ola bilər.
 
 
 
"Əldə etdiyimiz məlumatlara görə şirkətin bütün texniki heyəti hazırda problemin aradan qaldırılması üçün çalışırlar." — deyə Gündüz bildirib.
 
O qeyd edib ki, ötən il bu şirkətdə baş verən yanğından sonra onun fəaliyyətinin tamamilə yenidən və alternativlər üzərində qurulduğu, dayanıqlı bir sistemin formalaşdırıldığı ilə bağlı rəsmi açıqlamalar verilmişdi. Bütün bunlardan sonra yenidən ciddi hesab olunacaq problemlərin baş verməsi kifayət qədər düşündürücüdür.
 
"Düşünürəm ki, ölkənin əsas internet təchizatını və Data Center funksiyasını həyata keçirən əsas operatorun bu tip hadisələr baş verən anda ictimaiyyəti məlumatlandırması daha doğru olardı. Təəssüf ki, hələlik Delta Telecom şirkəti baş verənlərlə və onların səbəbləri ilə bağli hər hansı açıqlama yaymayıb. Rəsmi sorğular da hələlik cavablandırılmayıb." — deyə Gündüz əlavə edib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.