31 iyulda 10 ilini qeyd edən məşhur “Arka sokaklar” serialında “Rıza baba” rolunu canlandıran Zafer Ergin gərgin keçən mövsümün yorğunluğunu Bodrumda çıxarır.
Həyat yoldaşı Binnaz Erginlə ölkə xaricində istirahət etdikdən sonra Bodruma gedən 73 yaşı aktyor günəş vannası qəbul edərkən görünüb.
Lakin, aktyorun həyat yoldaşı yanında olmayıb.
Saqqal buraxan Z.Erginin yeni imici də diqqət cəlb edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.