Rejissor Aqil M.Quliyevin ad günüdür. 44 yaşını qeyd edən rejissor təəssüratlarını əməkdaşımızla bölüşüb: “Ad günümü iş başında qeyd etdim. Yaşımın artmasına pis olmuram, əksinə, ildən-ilə hər anın qədrini daha çox bilirəm.
Hər il anam 5 avqust saat 19:30-da, dünyaya göz açdığım anda məni təbrik edir”.
Aqil M.Quliyevin sosial şəbəkədə özünü “münasibətdə” kimi qeyd etməsi evlənməsi ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.
Rejissor bununla bağlı suallara “Mən sadəcə münasibətim olduğu haqda Facebook səhifəmdə qeyd etmişəm” cavabını verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.