Röya İbrahim Tatlısəs və Özcan Denizlə bir arada – foto
Əməkdar artist Röya Ayxan Türkiyədə keçirilən “Demokratiya və Şəhidlər” mitinqinə qatılıb. Müğənni orada İbrahim Tatlısəs və Özcan Dənizlə bir araya gəlib. Fotosunu izləyiciləri ilə bölüşən Röya Özcan Denizin onu təriflədiyini bildirib: “Bu gün qardaş ölkə birlik nümayiş etdirdi. 6 milyona yaxın insan və bütün ulduzlar çiyin-çiyinəydi. Mənzərə möhtəşəm idi. Bir də əsən bayraqlar arasında Azərbaycan bayrağını görmək şərəf idi.
Ən yaddaqal dəqiqə imperatorun əlimi tutub, "Mahnılarını göndər, mən də qulaq asım” deməsi oldu. Bu arada, məni ona Özcan Deniz təriflədi".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.