Bakı ətrafı kəndlərdə ilansancma təhlükəsi davam edir
Avqust ayı başlayandan bu günə qədər Azərbaycanda qeydə alınan alkoqol sərxoşluğu və dərman zəhərlənmələrinin sayı açıqlanıb.
Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Lent.az-a açıqlamasında bildirib ki, bu günlər ərzində ümumilikdə 8 nəfər dərman zəhərlənməsi şikayəti ilə Toksikologiya şöbəsinə müraciət edib. Bundan başqa, gündəlik olaraq alkol sərxoşluğu şikayəti ilə bağlı Mərkəzə 2-3 şikayət daxil olub.
A. Maqsudov avqust ayının ilk günlərində yaşanan həşərat dişləmələrinin də sayını açıqlayıb.
O bildirib ki, avqustun 1-dən bu günə qədər 4 nəfər ilansancma hadisəsi ilə bağlı müraciət edib. İlansancma halları əsasən Bakı ətrafı kəndlərdə qeydə alınıb.
A.Maqsudov əlavə edib ki, bu müddət ərzində şöbəyə qara qurd halı ilə bağlı 1 və əqrəb sancma halları ilə bağlı isə 3 şikayət daxil olub: “ Qaraqurd dişləməsi ilə bağlı Şamaxıdan gətirilən 15 yaşlı Ruqiyyə Adıgözəlova şöbəmizə gec gətirildiyi üçün həmin gün axşam dünyasını dəyişib. Həşərat dişləmələri zamanı başqa ölüm halı qeydə alınmayıb”,
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.