Neymar daha Braziliya millisinin kapitanı olmayacaq
“Barselona”nın hücumçusu Neymar daha Braziliya millisinin kapitanı olmayacaq.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu barədə qərarı yığmanın baş məqçisi Tite qəbul edib. Ölkə futbol federasiyasının 55 yaşlı mütəxəssisin bu fikrini dəstəkləyəcəyi gözlənilir.
Neymar son günlər mətbuat və azarkeşlər tərəfindən xeyli tənqidə məruz qalıb. 23 yaşlı futbolçunun Olimpiadanın ilk 2 turunda keçirilən qarşılaşmalar zamanı hakimlərlə tez-tez mübahisə etməsi, təxribata əl atması ciddi narazılıqlara səbəb olub.
Qeyd edək ki, Braziliya yığmasının yeni kapitanının Tiaqo Silva olacağı gözlənilir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.