banner
banner

Şou

Murad Bozdan radikal qərar

Murad Bozdan radikal qərar

Məşhur türk müğənni Murad Boz son zamanlar İnstaqramdakı paylaşımlarına təhqirlərin yazılmasından sonra yeni üsula əl atıb.

Axşam.az xəbər verir ki, bir neçə gün öncə 3 minə yaxın izləyicisini “ban” edən müğənni, təhqirlərin davam etməsinə görə paylaşdığı şəkillərə şərh yazılmasını bağlayıb.

Daha öncəki açıqlamasında sosial media hesablarına bir şirkət tərəfindən nəzarət edildiyini deyən ifaçı, artıq problemi daha qısa yolla həll edib.

İnstaqramda 5 milyon izləyicisi olan Muradın bu addımına görə üzülənlər olsa da, bir çoxları ona haqq qazandırıb. Fanatları sosial mediada “Adamı axır ki, dəli etdilər. Nəticədə belə olmalıdı idi” şərh yazaraq M.Boza dəstək veriblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.