banner
banner

Şou

Türk serialı Hindistanda yayımlanacaq

Türk serialı Hindistanda yayımlanacaq

2011-2012-ci illərdə reytinq rekordları qırmış “Adını Feriha Koydum” serialının populyarlığı Hindistana da çatıb.

Serial “Zindaqı” kanalında izləyicilərinin görüşünə çıxacaq.

“Adını Feriha Koydum” daha öncə Çin, Pakistan, İran, Rumaniya, Bosniya və Hersoqovina, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Xorvatiya, Əfqanıstan, Slovakiya, Ukrayna, Qazaxıstan kimi ölkələrin kanallarında yerli dilə tərcümə edilərək efirə verilib.

Azərbaycanda da kifayət qədər məşhur olmuş bu seriala tamaşaçılar “Show Tv”dən baxıblar.

Qeyd edək ki, baş rollarında Hazal Kaya, Çağatay Ulusoy, Vahide Perçin və Metin Çekmezin oynadığı serial 67 seriya davam edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.