Bunu virtualaz.org-a müsahibəsində politoloq, “Şərq-Qərb” analitik mərkəzinin rəhbəri Ərəstun Oruclu Kreml administrasiyasının başçısı Sergey İvanovun istefasını şərh edərkən deyib.
Onun sözlərinə görə, S.İvanovun işdən azad olunması ilə Putin hərbçilərin mövqelərini zəiflədib.
“Sergey İvanov hər zaman hərbçilərin adamı hesab olunub, müxtəlif illərdə müdafiə naziuri, FTX başçısı vəzifələrini tutub, hərbçilər ona böyük ümid bəsləyirdilər.
Bundan əlavə, Sergey İvanov Ermənistan prezidenti Serj Sarkisyanın himayədarı və Azərbaycana qarşı sərt siyasətin tərəfdarı hesab olunurdu. Onun gedişi. Fikrimcə, Kremlin Qarabağ münaqişəsinin həllinə yanaşmasında dəyişikliklərə səbəb olacaq”, - politoloq deyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.