banner
banner

Sağlamlıq

Ürəyi qoruyan, sümükləri bərkidən yağ: yeyin ki, ömrünüz uzansın

Ürəyi qoruyan, sümükləri bərkidən yağ:

Tez-tez eşitdiyimiz, vitamin kimi böyükdən kiçiyə hamının istifadə etdiyi "Omega-3" haqqında məlumat almaq maraqlı olar.

Omega-3 Omega-6 yağları kimi doymamış yağ turşuları qrupuna daxildir. Omega-3 insan bədəni tərəfindən istehsal edilmir, buna görə xaricdən alınmalıdır. Badam, fındıq, kətan toxumu, somon, skumbriya balığı kimi qidalarda olan Omega-3 kapsula olaraq da qəbul edilə bilər. İnsanda Omega-3 ehtiyacı ana bətnində başlayır və hər mərhələdə tələb olunur. Aile.lent.az bu yağın xüsusiyyətləri və faydaları haqqında bilmədiyiniz faktları təqdim edir.

Omega-3-ün faydaları nədir?

- Xolesterolu aşağı salır, bunun sayəsində ürək xəstəlikləri riski minimuma enir.

 - Yaşla bağlı gözdə inkişaf edən sarı nöqtə təhlükəsini azaldır.

- Unutqanlıq kimi xəstəliklərə tutulma riskini azaldır.

- Diqqət cəmləmə və diqqətin dağılmamasına kömək olur.

- Qan axınını tənzimləyərək, laxtalanmanın qarşısını alır.

 - Sümükləri gücləndirir.

Omega-3 çatışmazlığı hansı problemlər yaradır?

- Balıq yağı turşuları ürəyə faydalı olduğu üçün çatışmadığı halda ciddi problemlər meydana gələ bilər. Balıq yemək ürək ritmini nizama salır. Bu ehtiyacın qarşılanmamasının nəticələri da ürək xəstəliklərinə səbəb ola bilər.

- Görmə qabiliyyəti azalır.

- Diqqətdə azalma və davranış pozuntularına səbəb olur.

 Omega-3 qəbulunun hamiləlikdə faydaları nədir?

- Erkən doğuş riskini azaldır.

- Körpənin göz qişası və beyin inkişafına fayda verir.

- Körpənin riyazi zəkası, oxuma, yazma kimi bacarıqlarının inkişafına kömək olur.

- Zahılıq sindromundan qoruyur.

Omega-3-dən kimlər istifadə edə bilər?

- Ürəyində problemi olanlar

- Məktəbli uşaqlar

- Hamilələr (həkim nəzarətində)

- Menopauzaya girən qadınlar

- Xolesterolu yüksək olanlar

- Diabet xəstələri

Omega-3 ehtiva edən qidalar hansılardır?

- Badam, fındıq, qoz, kətan toxumu

- Yaşıl bitkilər

- Somon və skumbriya kimi balıqlar

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.