“Facebook” şirkəti xəbər lentinə yenilik əlavə etməyə hazırlaşır.
Gün keçdikcə funksionallığını artıran sosial platforma indi də istifadəçilərinin xəbər seçimində işini asanlaşdırmaq istəyir.
Sosial şəbəkə vasitəsilə insanlar bir çox xəbər və yeniliklərdən agah olmaqla bərabər, təsdiqini tapmamış məlumatlarla da çox rastlaşırlar. Bu xəbərlərin yalan və ya uydurma olması isə istifadəçiləri narahat etməklə bərabər, çoxlu müzakirələrə də səbəb olur. Bunu nəzərə alan “Facebook” şirkəti artıq xəbər lenti ilə bağlı yaranan problemləri həll etmək üçün Feed Quality tətbiqini istifadəyə verəcək.
Tətbiqi istifadə edən istifadəçi xəbər lenti və məqalələrə 1 və 5 arasında dəyərləndirmələr edəcəklər. Bundan əlavə, hər istifadəçinin marağına uyğun xəbər lenti səhifədə önə çıxacaq. Hələ ki, beta mərhələsində olan tətbiqin tezliklə istifadəyə verilməsi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.