banner
banner

Sosİal

Şirvan Milli Parkında yanğın - 8 HEKTARA ZİYAN DƏYDİ

Şirvan Milli Parkında yanğın -

Dünən gecə saat 22 radələrində Salyan rayonunun Dağüstü kəndinin inzibati ərazisində baş verən yanğın güclü küləyin olması səbəbindən Şirvan Milli Parkının ərazisinə keçib.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinə istinadən bildirir ki, yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-in və Salyan rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğının qarşısının alınması üçün əsasən əl əməyindən, həmçinin müvafiq texniki vasitələrdən istifadə olunaraq saat 23 radələrində tamamilə söndürülüb.

Yanğın nəticəsində Milli Parkın təxminən 8 hektar ərazisində quru ot örtüyünə ziyan dəyib.

Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.