ANS-in bağlanmasından bir ay ötür: “Yeri görünür...”
Avqustun 18-də ANS-in qapadılmasının bir ayı tamam olur. Bu müddət ərzində aparılan məhkəmə işləri də bir nəticə verməyib və telekanal rəhbərliyinin iddiaları təmin edilməyib. Xatırladaq ki, ANS TV məhz Türkiyədə baş verən olaylardan sonra, 15 iyul çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətullah Gülənlə müsahibəni yayımlamaq istədiyi üçün bağlandı. İlk günlərdə telekanalın fəaliyyətinin 1 aylıq bağlandığı deyilsə də, sonradan məhkəmə qərarı ilə lisenziyası tamamilə ləğv edildi.
Milli Televiziya və Radio Şurasının ANS-in yayımının dayandırılması ilə bağlı yaydığı məlumatda deyilirdi ki, ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib.
Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətullah Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib və sair..."
Daha sonra iyulun 29-da Bakı Apelyasiya Məhkəməsi ANS TV-nin lisenziyasını ləğv edib. ANS telekanalının rəhbərliyi lisenziyaya xitam verilməsi ilə bağlı qərardan kasasiya şikayəti verib. İşə Alı Məhkəmədə baxılacaq, lakin hələ ki məhkəmə vaxtı təyin olunmayıb.
Qeyd edək ki, hazırda ANS TV-nin binası boşaldılıb, qapılar möhürlənib və binaya polis əməkdaşları nəzarət edir. Televiziyanın əməkdaşları məzuniyyətə göndərilib. Rəhbərlik isə ümidlə ANS haqqında müsbət qərar veriləcəyini gözləyir.
ANS-in fəaliyyətinin dayandırılması media ictimaiyyətinin öndə gələn isimlərini də narahat edib. Onlar telekanalın fəaliyyətinin bərpasına çağırış ediblər.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycan teleməkanında ANS-in yeri görünür: “Bu kanal bağlanandan sonra efirdə xəbər adına heç nə qalmayıb. ANS-in açılması Azərbaycan teleməkanı üçün mütləqdir və vacibdir. Bu prosesdə gözləntim odur ki, sağlam məntiq üstün gəlməlidir, ANS açılmalıdır. Lakin indi proses uzana da bilər. Bu, bir neçə ay çəkə bilər. Televiziya elə bir mexanizmdir ki, onu bağlamaq asandır, yenidən bərpa etmək çətin olur. Ancaq hər halda, istərdim ki, ANS telekanalı fəaliyyət göstərsin”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev də “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, ANS-in fəaliyyətinin bərpasına ehtiyac var: “ANS bütün narazılıqlara, ondan gözləntilərin bəzən doğrulmamasına rəğmən Azərbaycan teleməkanında fərqli bir düşüncə idi. Mövzu müxtəlifliyinə görə, ictimaiyyətlə əlaqələrinin çəkisinə görə bu kanal seçilirdi. İndi ANS yoxdur və mənə elə gəlir ki, Azərbaycan televiziya efiri, jurnalistikası özünün inkişafında böyük bir itki verib. Bunun bərpasına gəlincə, nə qədər acı olsa da düşünürəm ki, ANS-i açmaq üçün bağlamayıblar, şəraitdən, bəhanələrdən istifadə edərək çoxdankı bir planı həyata keçiriblər. Mən, açığı, ANS-in bərpasına çox sevinərdim, ancaq bunu olduqca müşkül məsələ hesab edirəm”.
Məsələ ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov isə bildirib ki, ANS TV-nin lisenziyası məhkəmə qərarı ilə ləğv edilib və bərpası gözlənilmir: “Qərardan məhkəmə şikayəti vermək onların hüququdur, şikayət verə bilərlər. Lakin lisenziya məhkəmə qərarı ilə birdəfəlik ləğv edilib”.
ANS rəhbərliyi ilə əlaqə yaradıb münasibət öyrənmək istəsək də cəhdlərimiz nəticə vermədi. Görünür, telekanal rəhbərliyi hələ ki danışmaq istəmir.
Xatırladaq ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.
Əlavə edək ki, dünən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “ANS Müstəqil Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib.
APA-nın məlumatına görə, hakim İlham Əhmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin qəbul etdiyi qərardaddan “ANS Müstəqil Yayım və Media” Şirkətinin verdiyi şikayətə baxılıb. Şirkətin şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.