52 rayonun 2683 kəndində 3647 su mənbəyindən laboratoriya nümunələri götürülərək müayinə edilib.
Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Vaqif Abdullayev mərkəzin fəaliyyətinə həsr olunmuş tədbirdə bildirib.
V.Abdullayev deyib ki, 35 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin layihələrinin ekspertizası aparılıb. “Yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına uyğun təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, daşınması və zərərsizləşdirilməsinə nəzarət zamanı aşkar olunan çatışmazlıqlar barəsində Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq icraçı qurumlarına müraciətlər edilib”, - deyə baş direktor vurğulayıb.
Tədbirdə deyilib ki, Səbail rayonundakı Şıx və Qaradağ rayonundakı Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənmə hallarının davam etməsini nəzərə alaraq həmin ərazilərdə çimərliklərin qadağan edilməsi barədə qərar qüvvədə saxlanılıb.
Mərkəz direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva isə son 5 il ərzində tətbiq edilən peyvəndlərlə bağlı məlumat verib. “2013-cü ildən maliyariyaya yoluxma halları qeydə alınmayıb. Azərbaycan ərizisində malyariyanın tam ləğvinə nail olunub. Həmçinin 1995-ci ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2014-cü ildən qızılca və göyöskürək xəstəlikləri qeydə alınmayıb. Qazanılmış nailiyyətləri əldə saxlamaq üçün Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 2016-2020-ci illər üçün “Azərbaycan Respublikasında malyariya xəstəliyinin yenidən bərpa olunmasının qarşısının alınması” üzrə Milli Strategiyanın icrasına başlanılıb”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.