İlham İsmayıl generalları həbsə aparan ilginc səbəbləri açıqladı
Tutduğu vəzifəsindən, qohumluq əlaqələrindən, var-dövlətin aşıb-daşmasından asılı olmayaraq, heç kim həbsdən sığortalanmayıb. Amma bəzi kateqoriyadan olan vəzifə sahibləri var ki, türmə qapıları onların üzünə digərlərindən daha gen açılmış kimi görünür. Azərbaycan türmələrində sıradan olmayan dustaqlar zümrəsinə tez-tez general paqonu daşıyan vəzifə sahibləri daxil olur. Ötən əsrin son 10 illiyində Azərbaycan türmələrinə generallar İsgəndər Həmidovun, Rəhim Qazıyevin, Vahid Musayevin və digərilərinin yolu “salınıb”.
Bu gün Azərbaycanda həbsdə olan 4 general var. Bunlar bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, qurumun Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovdur.
MTN-in daha bir generalı Əməliyyat-texniki idarəsinin sabiq rəisi, general-mayor Natəvan Mürvətova hazırda ev dustağıdır.
Generalları həbsə aparan, onları bir günün içində yüksək postdan salıb əli qandallı adama çevirən hansı amildir?
Təhlükəsizlik orqanın istefada olan polkovnik-leytenantı İlham İsmayıl deyir ki, generalların həbsə aparan situasiya hər dəfə eyni olmur: “1993-cü ildə İsgəndər Həmidovu, Vahid Musayevin və yüksək rütbəli digər zabitləri həbs etmişdilər. Bu insanlar güc strukturlarında işləmişdilər. İnsanlar güc strukturlarında olanda müəyyən səlahiyyət sahibləri olurlar. Hakimiyyət dəyişəndə isə həmin səlahiyyət sahiblərində suç axtarışları başlanır və əhəmiyyətsiz olan ən kiçik səhvlər şişirdilib həbs üçün əsas yaradılır. O dövrdəki həbslər hakimiyyət dəyişikliyindən sonra baş vermişdi. İndiki həbslər isə belə dəyişikliklərdən kənar baş verib. Bu gün Azərbaycanda general sarıdan bolluqdur. Balaca bir ölkə olmağımıza baxmayaraq, xeyli general var və onlardan bəzilərinin çox ciddi səhvlərə, cinayətlərə yol verilməsi general bolluğunda təəccüblü olmamalıdır”.
İ.İsmayıl deyir ki, son həbslər hakimiyyət daxilində baş vermiş hadisələrin kəskin fazasında gerçəkləşib:“Bütöv bir güc strukturunun səlahiyyətliləri, generalları ən müxtəlif cinayətlərdə günahlandırılıb həbs olundular. Bu gün həmin generallara cinayətkar deyə bilmirik. Ona görə ki, barələrində məhkəmə hökmü yoxdur. Əgər illər öncə generalları hakimiyyət dəyişikliyindən sonra həbs etmişdilərsə, sonuncu general həbsləri isə hakimiyyətdaxili gərginliyin nəticəsidir, hakimiyyətin içindən gələn prosesdir”.
İ.İsmayıl vurğulayıb ki, yaxın perspektivdə Azərbaycan həbsxanalarda generalların sayı artacaq: “Yaxın 10 ildə general həbslərin şahidi olacağıq. Azərbaycan güc strukturlarında ciddi bir yoxlama, təhqiqat aparılsa, səlahiyyət sahibi olan generalların həbsi labüddür. İstisna etmirəm ki, yaxın 10 ildə həbsdəki generalların sayı artacaq”.
İ.İsmayıl güc strukturlarında yüksək vəzifə tutan generalların qolu qandallı adama çevirilməsinin səbəbini belə izah edir: “Generallar bir qayda olaraq səlahiyyət sahibidirlər. Ona görə də əməllərində cinayət tərkibi çox asanlıqla müəyyən olunur. Leytenant, kapitan, mayorun səlahiyyəti o qədər də böyük deyil və ona görə də tutulanda diqqəti cəlb etmir. Ölkə daxilində miqyası bu qədər böyük cinayətlərin törədilməsi, illərlə cəzadan kənar qala bilmələri kiçik rütbəlilərin səlahiyyət sərhədlərini aşan məsələ idi. Məhz belə əməlləri geniş səlahiyyət sahibi olan generallardan gözləmək olardı”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.