banner
banner

Gündəm

TƏCİLİ: Rövşən Lənkəranskinin killeri Hacı Beyləqanski həbs olundu

TƏCİLİ: Rövşən Lənkəranskinin killeri Hacı Beyləqanski həbs olundu

Məşhur kriminal avtoritet Rövşən Lənkəranskinin ölümü təsdiq olunandan bir neçə saat sonra Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan vətəndaşı Hacı Beyləqanski (Talıbxanlı) saxlanılıb.

Qətlə yetirilən Rövşən Lənkəranskiyə yaxın dairələrdən virtualaz.org-a məlum olub ki, Hacı Beyləqanski Rövşən Lənkəranskinin İstanbulun Barbaros bulvarı yaxınlığındakı Beşiktaş otelində öz briqadasının üzvləri ilə keçirdiyi görüşdə iştirak edib. Bu görüşdən dərhal sonra Rövşən Lənkəranski naməlum şəxslər tərəfindən avtomat silahlardan atəşə tutulub və öldürülüb.

Hacı Beyləqanski digər “qanuni oğru” Əlibala Əlisəftər oğlu Həmidovun (Qoca Bakınski) qətlində şübhəli bilinir. Mötəbər mənbələrin məlumatına görə, Hacı Beyləqanski Rövşən Lənkəranskinin şəxsi killeri olub və 2013-cü ilin 18 avqustunda Qoca Bakınskini məhz onun əmri ilə qətlə yetirib. Qəribədir, Rövşən Lənkəranski də avqustun 18-də öldürülüb.

 

Məlumata görə, Qoca Bakınskinin qətlindən dərhal sonra “oğruların” bir qrupu Azərbaycanın ən məşhur avtoritetlərindən birinin qisasını alacaqlarına and içib və qisas üçün uyğun məqam axtarıb. Yəni, Rövşən Lənkəranski heç də təsadüfən avqustun 18-də öldürülməyib, bu bir növ açıq qisas alınmasının nişanəsidir.

Lənkəranskinin qətli, ardınca isə Hacı Beyləqanskinin həbsi Rövşən ilə - hansı ki, bir müddət əvvəl digər məşhur kriminal avtoritet Ded Xasanın qətlində şübhəli bilinirdi, haqq-hesabı qurtarmaq üçün başqa bir mafiyanın bütöv kompleks planının olduğundan xəbər verir.

Onu da qeyd edək ki, Hacı Beyləqanski son illər Dubayda yaşayıb və onun hüdudlarını yalnız Rövşən Lənkəranskinin xüsusi tapşırıqlarını icra edərkən tərk edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.