Almaniya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir. Millimizin üzvü Dmitri Nazarovun formasını geydiyi “Aue” öz meydanında “İnqolştad”la üz-üzə gəlib. Meydana start heyətində çıxan Nazarov sonadək mübarizə aparıb. Görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmadığından qalib penaltilərlə aşkarlanıb. Daha dəqiq oynayan “İnqolştad”lı futbolçular 8:7 hesabı ilə qalib gəliblər. Nazarov penaltini dəqiq yerinə yetirsə də, komandası kubokla vidalaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.