Türkiyənin təhlükəsizliyini gücləndirmək üçün Suriya ilə sərhəddə 239 km uzunluğunda sədd tikilib.
Bu barədə "Anadolu" agentliyi məlumat verir.
Türkiyənin Hatay vilayətində tikilən səddin hündürlüyü 3, eni isə 2 metrdir.
Suriya ilə həmsərhəd olan digər vilayətlərdə də yeni sədlərin tikintisi gözlənilir.
Müvafiq qərar terrorizmlə mübarizənin gücləndirilməsi çərçivəsində qəbul olunub. Belə ki, Suriyada terror təşkilatlarının üzvləri mütəmadi olaraq Türkiyə ərazisinə keçməyə cəhd edirlər.(Trend)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.