banner
banner

Dünya

Bütöv kəndi 20 milyona satırlar

Bütöv kəndi 20 milyona satırlar

Vest Heslerton kəndində “zamanın orta əsrlərdə olduğu kimi dayandığı” söylənir 

“The İndependent” yazır ki, İngiltərənin Yorkşir əyalətində bütöv kənd 20 milyon funt sterlinqə satışa çıxarılıb.
46 evi, 21 otaqlı qədim malikanəsi, pabı və 800 hektar əkin sahəsi olan West Heslerton kəndində “zamanın orta əsrlərdə olduğu kimi dayandığı” söylənir.
 
Bu kənd 150 il idi ki, Daunay ailəsinin mülkiyyəti idi, lakin Eve Dawney 2010-cu ildə vəfat edəndə özündən sonra birbaşa varis qoymamışdı.
 
Buna görə də onun uzaq qohumları evi ailəlikcə satışa çıxarmaq qərarı veriblər.
 
“The İndependent” yazır ki, rəhmətlik xanım Dawney kəndin “diri” qalması üçün əlindən gələni edir, kirayə qiymətlərini aşağı saxlayır, yerli ibtidai məktəbə kömək edir, kəndin futbol və kriket komandalarını dəstəkləyirdi.
 
Vest Heslertonun əhalisi 375 nəfərdir (BBC).
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.