banner
banner

Gündəm

Leyla Əliyeva oğlu ilə yeni görüntüləri - FOTO - VİDEO

Leyla Əliyeva oğlu ilə yeni görüntüləri -

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yeni fotoları və videosu yayılıb. Cia.az-ın axşam.az-a istinadən məlumatına görə, videoda L. Əliyeva yaradıcılığından, rəsmlərindən bəhs edir.

Oğlu Əli ilə kamera qarşısına keçən L. Əliyeva rəsmlərini sevgi ilə yaratdığını bildirib:

“Öz qəlbinin səsini dinləmək lazımdır. Rəsmlərimdə hər zaman simvollar olub. Məktəb vaxtlarımdan şəkil çəkirəm. Hər bir insan yaradıcıdır. Yaradıcılıq təkcə musiqi bəstələmək, rəsm çəkmək və şeir yazmaq deyil. Hansısa işi ürəyindən gəldiyi üçün edən insan yaradıcıdır.

Mənə həyat sevgisi ilham verir. Rəsm çəkmək üçün məkanın heç bir mənası yoxdur.

Rəsm çəkmək enerjimi alır. Şeir yazanda mən dincəlirəm, rəsm çəkəndə isə yoruluram.

Taleyə inanıram...

Rəsmlərimi satmağa heyfim gəlirdi. Onlar mənim emosiyalarım, həyatımdır. Amma onların satışından əldə olunan gəlir fillərin qorunmasına sərf ediləcək. Ona görə sevinirəm, bölüşmək gözəldir".

Qeyd edək ki, L. Əliyevanın Əli və Mikayıl adlı əkiz övladları var. O, bir müddət əvvəl Əminə adlı qız uşağını da övladlığa götürüb.

 
 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.