Məşhur model bacılar Bella və Gigi Hadid Hollivudda gecə əyləncəsinə çıxıblar.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı Bella cəsur geyimi ilə bütün diqqətləri üzərinə cəlb etməyi bacarıb.
Bellanın dərin sinə dekolteli geyimi sanki “bacısıyla yarışa çıxıb” təəssüratını yaradıb.
Gənc model stilini qara şalvarla tamamlayıb. Aksesuar seçimində isə 90-cı illərin məşhur tasma boyunbağısına üstünlük verib. Bella təpədən topladığı saçını da parıltılı makiyajla kombinləyib.
Qeyd edək ki, model bacılar bu yaxınlarda birlikdə biznes qurublar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.