Prodüser Təranə Səmədova və müğənni Günay İbrahimli küsülülüyə son qoyublar.
Axşam.az-ın əməkdaşı ilə söhbətində prodüser məsələ ilə bağlı bunları deyib:
“İlk dəfə Günayla müğənni Pərviz Mahmudovun toyunda üz-üzə gəldik. Ondan sonra da danışırdıq. Bunu gündəmə gətirməsək də, küsülülüyə çoxdan son qoymuşuq. Bu yaxınlarda isə verilişimin qonağı oldu. Bizi sevənlər buna sevinəcəklər, gözü götürməyənlər isə bir stəkan su içsinlər. Biz elə dalaşmışdıq ki, üz-üzə gələndə bir-birimizdən utanmayaq, salamlaşmağa üzümüz olsun. İlin sonudur, istədik Yeni ili küsülü qarşılamayaq”.
“Yenidən işbirliyiniz olacaq” sualına isə T.Səmədova belə cavab verib:
“Birlikdə çalışmağımız mütləq deyil. Əgər maraqlı iş olsa, hər zaman Günayın yanındayam. Onunla çalışsam da, çalışmasam da dəstəyimi göstərəcəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.