banner
banner

Sosİal

Toyda 100 nəfər qidadan zəhərlənib

Toyda 100 nəfər qidadan zəhərlənib

Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Sadaxlı kəndində toyda iştirak edən 400 nəfərdən təxminən 100-ü zəhərlənib. Cia.az saytı APA-ya istinadən xəbər verir ki,

Marneuliyə təcili olaraq Tiflis və yaxın rayonların xəstəxanalarından həkimlər cəlb olunub. Tibbi yardım üçün müraciət edənlərə müvafiq yardım göstərilir. Hazırda Marneuli xəstəxanasına 100-dək zəhərlənən xəstə yerləşdirilib.

Hadisə yerinə Kvemo Kartli qubernatoru Paata Xizanaşvili və Marneuli bələdiyyəsinin sədri Nəbi Abdullayev gəliblər.

Kütləvi zəhərlənmənin səbəbi barədə hələlik məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.