Türkiyə Suriyanın Cerablus bölgəsində hərbi əməliyyatları davam etdirir.
Türkiyə Müdafiə Nazirliyindən edilən açıqlamada, Suriyanın Cerablus bölgəsində terrorçulara aid 21 hədəfin 108 atəşlə vurulduğu qeyd olunub. Həmçinin 23 kəndin tamamən İŞİD terrorçularından təmizləndiyi bildirilib.
Qeyd edək ki, avqustun 24-də Türkiyə Müdafiə Nazirliyi və koalisiya hərbi hava qüvvələri tərəfindən Suriyanın Hələb şəhərinə bağlı Cerablus bölgəsinin terror təşkilatı İŞİD-dən təmizlənməsi məqsədilə hərbi hərəkat başlanılıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.