Kənanın konsertində oturacaqlar boş qaldı - fotolar
Müğənni Kənan Doğulu Bodru konsertində pis vəziyyətə düşüb.
Məşhur müğənninin konsertinə olan diqqətsizlik hər kəsi təəccübləndirib.
Antik teatrda baş tutan gecədə oturacaqların yarıdan çoxu boş qalıb. Doğulunu dinləyənlər arasında Demet Akalın, Ege və Yeliz Yeşilmen kimi tanınmışlar olub.
Boş yerlərin diqqət çəkdiyi konsertdə Kənan "Bir neçə gündür konserti ləğv edək deyə düşündük, amma qarşınızdayıq. Həyatı saxlamaq olmaz" deyərək alqış qazanıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.