banner
banner

Dünya

Rusiyada qasırğa nəticəsində 1200 evi su basıb

Rusiyada qasırğa nəticəsində 1200 evi su basıb
Rusiyanın Primorsk diyarında “Layonrok” qasırğasının səbəb olduğu daşqın nəticəsində 1200-dək yaşayış evini su basıb.
 
APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, yüzlərlə yerli sakin təhlükəli ərazilərdən təxliyə edilib.
 
Suyun küçə və həyətlərdən çəkilməsi üçün əraziyə texnika və canlı qüvvə cəlb olunub. Bölgəyə dəyən zərərin həcmi müəyyənləşdirilir. Qeyd olunur  ki, avqustun 28-də Primorsk diyarında qasırğa ilə bağlı xəbərdarlıq edilmişdi.
 
Son məlumata görə, hazırda  “Layonrok” qasırğası Şimali Koreya ərazisinə çatıb. Xatırladaq ki, ötən gün Yaponiyada qocalar evinin 9 sakini adıçəkilən qasırğasının qurbanı olub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.