banner
banner

Sosİal

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Sentyabrın 2-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturunun yarımadada gecə 20-23°, gündüz 24-27°, Bakıda gecə 21-23° isti, gündüz 25-27° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23°, gündüz 25-30°, dağlarda gecə 13-17°, gündüz 18-23° isti olacağı gözlənilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.