banner
banner

Gündəm

Ramil Usubovdan yeni təyinatlar

Ramil Usubovdan yeni təyinatlar

Daxili İşlər Nazirliyində növbəti kadr təyinatları olub.

DİN-dən bizimyol.info-ya verilən məlumata görə, nazir Ramil Usubovun əmri ilə Xəzər Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki İlqar Məmmədov Bərdə Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Xəzər Rayon Polis İdarəsinin rəis müavini Habil Həsənov Yasamal Rayon Polis İdarəsinin rəis müavini təyin edilib.

Xəzər Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə hələki təyinat yoxdur.

Qeyd edək ki, nazir Ramil Usubovun əmri ilə Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev bir neçə gün bundan əvvəl vəzifəsindən azad edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.