Aktyor Kənan İmirzalıoğlu və aktrisa həyat yoldaşı Sinem Kobalın yeni fotosu sosial mediada müzakirələrə səbəb olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dörd aydır ailə quran cütlük modelyer Selma Çilekin toyunda kamera qarşısına keçib.
Kənanın Sinemin qarnının üstünə əlini qoyması aktrisanın hamilə olmasını yenidən gündəmə gətirib. Keçən həftə də aktrisa jurnalistlərin hamiləlik haqda sualına "Xeyirlisi" deyərək şübhələri artırmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.