banner
banner

Sosİal

“BakuBus”dan daha bir yenilik...

“BakuBus”dan daha bir yenilik...
“BakuBus” MMC öz sürücüləri üçün yaddaş kitabçası hazırlayıb. Sürücülərin maarifləndirilməsi üçün zəruri hesab olunan məlumatların əks olunduğu “Sürücünün yaddaş kitabçası” sərnişindaşıma fəaliyyətini daha səmərəli təşkil etmək və sürücülərin peşəkarlığını artırmaq məqsədi ilə hazırlanıb. 
 
Bu barədə məlumat verən “BakuBus” MMC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyev yaddaş  kitabçasında “avtobus sürücüsü” peşəsinin beynəlxalq standartlara uyğun təsviri ilə yanaşı, “Bakubus”da fəaliyyət göstərən sürücülərin iş rejimi, işə hazırlıq prosesində görmələri zəruri olan tədbirlər, sərnişinlərlə davranış qaydaları, avtobusa texniki xidmət, eyni zamanda gündəlik fəaliyyətə dair qeydlər və hesabatların verilmə qaydalarının əks olunğunu bildirdi: “Bütün bunlarla yanaşı, sürücünün hüquq və vəzifələri, qəza zamanı hansı zəruri addımların atılması və digər məlumatlar geniş şəkildə yaddaş kitabçasında öz əksini tapıb. “BakuBus” sürücülərinə paylanacaq bu kitabçalar bundan sonra  “BakuBus”un bütün avtobuslarında olacaq və sürücülər öz fəaliyyətlərini buradakı qaydalara əsasən həyata keçirəcəklər. Kitabçada göstərilən tələbləri yerinə yetirməyən sürücülər isə inzibati qaydada məsuliyyətə cəlb olunacaq”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.