banner
banner

Şou

Hülya Avşar ərə gedir?

Hülya Avşar ərə gedir?

Məşhur türkiyəli sənətçi Hülya Avşar ilə keçmiş həyat yoldaşı, iş adamı Kaya Çilingiroğlunun yenidən evlənməsi ilə bağlı şayiələr yayılıb. ANS PRESS-in məlumatına görə, buna Hülya Avşar ilə Kaya Çilingiroğlunun tez-tez görüşməsi səbəb olub.

Həyat yoldaşı Feraye Tanyolaçdan ayrıldıqdan sonra Hülya Avşar ilə daha çox görüşməyə başlayan Kaya Çilingiroğluna “Siz hələ də bir-birinizə aşiqsiz, yenidən evlənin” deyə mesajları gəlməyə belə başlayıb.

Qeyd edək ki, bu yaxınlarda Hülya Avşar yeni verilişinə ilk qonaq qismində Kaya Çilingiroğlunu dəvət edib və ona şəxsi həyatı ilə bağlı maraqlı suallar verib.

Verlişdə əvvəllər ailəli olan cütlüyün keçmiş günlərdən bəhs etməsi hamının marağına səbəb olub.

Son zamanlar daha çox görüşən Hülya və Kaya Çilingiroğlu qızları Zəhranın valideyin toplantısı üçün yenidən bir araya gəliblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.