banner
banner

Sağlamlıq

Böyürtkənin sağlamlıq üçün - 7 FAYDASI

Böyürtkənin sağlamlıq üçün -

Böyürtkən çox faydalı və müalicəvi giləmeyvədir. Böyürtkən, onun yarpaqları və kökləri qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur. Böyürtkən bir çox vacib vitaminlər (xüsusilə E, PP, C, B qrupu), minerallar (dəmir, kalium, maqnezium, fosfor), orqanik turşular, pektinlər, antioksidantlar və s. faydalı maddələrlə zəngindir.

1. Böyürtkən soyuqdəymə zamanı çox yaxşı təsir edir - hərarəti salır, ümumi vəziyyəti yüngülləşdirir, iltihabı azaldır, sağalmanı tezləşdirir. Belə hesab olunur ki, böyürtkən iltihabəleyhinə xüsusiyyətlərə görə moruqdan faydalıdır.

2. Böyürtkən damarları təmizləyir, möhkəmləndirir, onları daha elastik və sağlam edir.

3. Böyürtkən sinir sistemi üçün çox faydalıdır - stresi azaldır, beyində qan dövranını yaxşılaşdırır, yaddaşı möhkəmləndirir.

4. Antioksidantlarla olduqca zəngin olan böyürtkən orqanizmdə gedən qocalma prosesləri ləngidir, bir çox xroniki xəstəliklərin və xərçəngin inkişafının qarşısını alır.

5. Böyürtkən immun sistemini möhkəmləndirir.

6. Böyürtkən ürək üçün çox faydalıdır, ürək əzələsini möhkəmləndirir, ödemləri azaldır, arterial təzyiqinin tənzimlənməsinə kömək edir.

7. Böyürtkən sidikqovucu təsirə malikdir. Sidik yolları təmizləyir, iltihabı azaldır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.