|
"Daha yaxşı oyun gözləyirdik. Azərbaycan layiqli qələbə qazandı. Bizim çıxışımız da yaxşı idi. Komanda fiziki cəhətdən aşağı səviyyədə idi".
Qol.az-ın məlumatına görə, bunu San Marino yığmasının baş məşqçisi Pyerancelo Mansaroli DÇ-2018-in seçmə mərhələsində millimizlə oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib. Daha sonra baş məşqçi jurnalisltərin suallarını cavablandırıb. - Qırmızı vərəqə komandanın çıxışına necə təsir göstərdi? - Komanda ikinci hissəyə bir qədər yaxşı başladı. Amma qırmızı vərəqə bizi bir qədər çətin vəziyyətə saldı. Bu səbəbdən də təsnifat mərhələsinə uğurlu nəticə ilə başlaya bilmədik. - Həmin epizodda qırmızı vərəqə verilməsi düzgün qərar idi? - Həmin futbolçu çox gəncdir. Brolli gələcəkdə komanda üçün faydalı olacaq. Sadəcə onun gənc olması belə şərait yaratdı. - Qələbədə Robert Prosineçkinin rolu oldu, yoxsa Azərbaycan millisinin? - Fikrimcə baş məşqçinin... Məşqinin göstərişləri böyük rol oynadı. Ancaq ümumilikdə komanda nəticəni həll etdi. Sonda verilən "Tribunaların boş qalmasının səbəbi nə idi? 6 600 tutumu olan stadiona təxminən 900 azarkeş gəlmişdi ki, onun da yarısı azərbaycanlı idi" sualını cavablandırmayan meydan sahiblərinin çalışdırıcısı və rəsmisi konfrans zalını tərk edib. Cia.az
|


