Nə zamansa “Madrid prinsipləri”ni Qarabağ münaqişəsinin nizamlanması məsələsində əsas hesab edən adamlar indiki hakimiyyəti bugünkü situasiyaya görə cavabdeh hesab edirlər. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu sentyabrın 5-də keçirdiyi mətbuat konfransında Daşnaksütyun Partiyasının siyasi məsələlər üzrə ofisinin rəhbəri Kiro Manoyan deyib.
O, “Madrid prinsipləri”nin 2007-ci ilin noyabr ayında təqdim olunduğunu xatırladıb: “Yəni 2008-ci il prezident seçkilərinə qədər, onda Robert Köçəryan prezident, Vardan Oskanyan xarici işlər naziri idi. İndi maraqlıdır, bu sənər üzrə danışıq aparan adamlar bəyan edirlər ki, indiki hakimiyyət ölkədəki situasiyaya görə cavabdehdir. Düşünürəm ki, bu haqsızlıqdır”.
Ermənistan keçmiş prezidenti Robert Köçəryan sonuncu müsahibəsində deyib ki, “Madrid prinsipləri” indiki formada artıq yeni reallıqlarla üst-üstə düşmür və yenidən baxılmasına ehtiyac var.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.