banner
banner

Dünya

Putin qızlarından DANIŞDI: “Vicdanla yanaşırlar”

Putin qızlarından DANIŞDI:

Rusiya prezidenti Vladimir Putin qızlarının (Mariya və Yekatirina Putina) siyasətlə məşğul olmaları perspektivindən danışıb.

Modern.az saytı xəbər verir ki, Putin “Bloomberg” agentliyinə açıqlamasında qızlarının siyasətə girmələri haqda özünün qərar vermək hüququna malik olmadığını bildirib.

“Onlar öz gələcəklərini özləri müəyyən etməlidir. Bütövlükdə isə mən düşünürəm ki, artıq seçimlərini ediblər. Onlar elmlə məşğuldurlar.

Onlar özlərini məsuliyyətli hiss edirlər, işlərindən zövq alırlar. Bu isə məni çox sevindirir. Öz seçdikləri işə vicdanla və məsuliyyətlə yanaşırlar”,-deyə o qeyd edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.