DÇ-2018-in seçmə mərhələsində keçirilən Albaniya – Makedoniya oyunu yarımçıq dayandırılıb.
Qol.az-ın məlumatına görə, buna səbəb güclü yağış olub. “Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqollinin kapitan sarğısı ilə meydana çıxdığı oyun 80-ci dəqiqədə dayandırılıb.
Görüşün türkiyəli baş hakimi Hüseyn Göçek futbolçuları paltardəyişmə otağına göndərib. Oyunun qaldığı yerdən davam edəcəyi gözlənilir.
Qeyd edək ki, görüş dayandırılan zaman hesab 1:1 olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.