|
Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - "Slovan" oyununun stadionu müəyyənləşib. Qol.az-ın Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma "Dalğa Arena"da keçiriləcək. Bir neçə gün öncə UEFA-dan ölkəmizə göndərilən nümayəndə heyətinin rəyindən sonra bu qərar verilib. Qeyd edək ki, "Qarabağ" - "Slovan" görüşü sentyabrın 15-i saat 19:00-da başlayacaq. Cia.az
|


