42 yaşlı ingilis müğənni Robbi Uilyamsın türk əsilli həyat yoldaşı Ayda Field “You” jurnalına maraqlı açıqlamalar verib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Ayda münasibətlərinin başlanğıcında Robbinin onu tərk etdiyini etiraf edib.
O bildirib ki, həmin ərəfədə Hollivud ulduzu Kameron Diaz Robbini fikrindən daşındırıb və qayıtmağa razı salıb:
“Psixoloji olaraq çökmüşdüm. “Doğru adam, yanlış zaman” deyə düşünmüşdüm. Kameron sayəsində barışdıq. Bu vaxta qədər ona təşəkkür etmək fürsətim olmamışdı”.
Qeyd edək ki, Robbi Uilyams və Ayda Field 2010-cu ildə evləniblər. Cütlüyün 4 yaşında Teddi və 2 yaşında Çarli adından 2 oğlu var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.