banner
banner

Gündəm

Oğru dünyası qarışdı: Rövşən Lənkəranskini şəxsi killeri öldürübmüş

Oğru dünyası qarışdı:

Rövşən Lənkəranskini sağ qolu Hacı Beyləqanski öldürüb.  Bu şok iddianı Türkiyənin Habertürk kanalı irəli sürüb. Kanalın özəl xəbərində bildirilib ki, kriminal aləmdə Hacı Beyləqanski ləqəb ilə tanınan Hacıbaba Talıbxanlı Rövşənin yerinə keçmək üçün ona sui-qəsd təşkil edib.

Xəbərdə bildirilir ki, Rövşənin Beşiktaşdakı oteldə iştirak etdiyi toplantını məhz Hacı Beyləqanski təşkil edibmiş, hətta şübhə yaratmamaq üçün silahlı şəxslərə atəş də açıbmış. Lakin istintaq nəticəsində həqiqət ortaya çıxıb.

Kamera görüntülərindən bəlli olub ki, Hacı Beyləqanski sui-qəsdçilərə atəş açsa da, onların heç birini vurmayıb. Bu isə polisi şübhələndirib. Rusiyada 5, Azərbaycanda isə 1 cinayətə görə axtarışda olan kriminal avtoritetin Rövşəni öldürən killerləri isə Qırğızıstana qaçıb.

Qeyd edək ki, H.Beyləqanski Rövşənin silahlı hücuma məruz qalmasından dərhal sonra həbs edilmişdi.

Onu da bildirək ki, Hacı Beyləqanskinin adı Rövşən Lənkəranskinin sifarişi ilə bir neçə səs-küylü qətl törətməkdə hallanır. 

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.