İranın şimal-qərbində 12 silahlı zərərsizləşdirilib
İranın güc strukturları ölkənin şimal-qərbində 12 silahlını zərərsizləşdirib.
Bu barədə ölkənin Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Səudiyyə Ərəbistanından və digər ölkələrdən dəstək alan silahlılar İran ərazisində müxtəlif düşmənçilik aktları törətməyi planlaşdırırmış.
Bildirilir ki, zərərsizləşdirilmiş silahlılardan atıcı silahlar götürülüb. ("Report")
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.