banner
banner

Dünya

PKK-dan 13 ton ammonium ələ keçirildi

PKK-dan 13 ton ammonium ələ keçirildi
15 avqust - 7 sentyabr tarixləri arasında PKK-ya qarşı mübarizədə  13.1 ton ammonium nitrat ələ keçirilib.
 
Axar.az xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Nurəddin Canikli deyib.
 
“Bomba hazırlanmasında istifadə edilən 339 ədəd partlayıcı balonu, 129 ədəd isə əl qumbarası zərərsizləşdirilib. 58 partlayış hadisənin qarşısı isə alınıb”, - nazir müavini bildirib.
 
Canikli həmçinin İŞİD-in işğalından azad edilən Cerablusa su və elektrik enerjisi veriləcəyini bildirib:
 
“Yaşayış tam təmin olunduqdan sonra Cerablusa dəstəyimiz davam edəcək. Bundan əlavə, Türkiyə ilə ABŞ-ın Rakkada  birgə əməliyyat təşkil edəcəyi gündəmdədir. Obamanın bununla bağlı tələbi oldu. Hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da bu məsələyə müsbət yanaşdığını dedi”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.