“Qafqazinfo” xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə məlumat yayıb, fotolar paylaşaraq sevincini dostlarıyla bölüşüb:
“Yeni ilin ilk günü gözümü artıq ailəli biri kimi açdım. Əsas keçirdiyim hisslərdi- xoşbəxtəm. Ailə qurmağa heç vaxt tələsməmişəm, hətta çox gec ailə quracağımı deyirdim. Amma qismət, qismətə bu dəfə çox inandım. Rəsmi olaraq dünya evinə sadə, elə sözün açığı həmişə arzuladığım kimi , arzuladığım yerdə daxil oldum. Dostluğumda olan qızlara evlənməyi, ərə getməyi yox, ailə qurmağı arzu edirəm. Mən efirlə çoxdan vidalaşmışam. Efirləri uzaqdan ailəmlə birlikdə izləmək daha maraqlı olacaq”.
Qeyd edək ki, toy dekabrın 31-i ABŞ-da baş tutub. Günelin həyat yoldaşının adı Firuz Soliyevdir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.