banner
banner

İdman

Azərbaycanın daha bir ağır atleti Avropa üçüncüsü olub

Azərbaycanın daha bir ağır atleti Avropa üçüncüsü olub

Polşanın Novı Tomısl şəhərində yeniyetmə və gənclər arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. 

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, qitə birinciliyinin ikinci günü mübarizəyə daha iki ağır atletimiz qoşulub. Körpücük üzərinə ilk olaraq yeniyetmələr arasında 56 kq. çəki dərəcəsində mübarizə aparan Elməddin Hüseynov çıxıb. O, toplam 194 kq. nəticə ilə qrupda 14 idmançı arasında 6-cı yeri tutub. Gənclər arasında 50 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən yığmamızın üzvü İsmayıl Məmmədov isə birdən 81 kq, təkanla isə 93 kq. ağırlığın öhdəsindən gələrək cəmi 174 kq. nəticə ilə Avropa çempionatının bürünc medalını qazanıb. 
 
Bu çəki dərəcəsində Avropa çempionatının qızıl və gümüş medallarına rumıniyalı idmançılar İancu İonadi Valentin (180 kq) və Balauta Petrica (174 kq) sahib olublar. Bu gün keçiriləcək yarışın üçüncü günündə daha üç idmançımız - Səbinə Əzimova (48 kq), Fuqan Əliyev (62 kq) və İsa Rüstəmov (62 kq) medallar uğurunda mübarizəyə qoşulacaqlar. 
 
Xatırladaq ki, ötən gün ağır atletimiz Rüstəm Qasımov Azərbaycanın aktivinə qitə birinciliyinin bürünc medalını yazdırıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.