banner
banner

Gündəm

ABŞ Ədliyyə Nazirliyi Fəthullah Gülənin həbsi barədə...

ABŞ Ədliyyə Nazirliyi Fəthullah Gülənin həbsi barədə...
ABŞ Ədliyyə Nazirliyi müxalif İslam vaizi Fəthullah Gülənin ekstradisiyası ilə bağlı Türkiyənin müraciətlərinə diqqətlə yanaşır.
 
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi Piter Karr deyib.
 
Xatırladaq ki, Türkiyənin Ədliyyə Nazirliyi dünən Amerika Birləşmiş Ştatlarına rəsmi müraciət göndərərək Gülənin həbsini tələb edib.
 
"Ədliyyə Nazirliyi apardığı siyasətin bir hissəsi kimi konkret sorğulara şərh vermir, amma yalnız onu deyə bilərəm ki, biz Türkiyə hökumətinin bütün müraciətlərinə diqqətlə yanaşmaqda davam edirik”, - deyə nümayəndə bildirib.
 
Onu da xatırladaq ki, F.Gülən iyul ayında Tükiyədə hərbi çevrilişdə cəhddə ittiham olunur.
 
İstanbul məhkəməsi F.Gülənin həbsi barədə qərar çıxarıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.