BMT-nin Ebola xəstəliyi ilə mübarizə üzrə missiyasının rəhbəri Toni Benberi hesab edir ki, artıq 2015-ci ildə alimlər bu təhlükəli virusun yayılmasını dayandıra biləcəklər. Bu barədə APA “Röyters”ə istinadən məlumat yayıb.
“Böhranın nizamlanmasından biz hələ çox uzağıq. Əlbəttə, son 90 gün ərzində biz çox işlər görə bildik, lakin qarşıda hələ uzun və çətin yol var”, deyə o bildirib.
“Mən hesab edirəm ki, biz 2015-ci ildə Ebola-nın inkişafını dayandıracağıq”, deyə o əlavə edib. Qeyd edək ki, Syerra Leone, Liberiya və Qvineyada “Ebola” virusuna yoluxanların sayı 20 000 nəfəri keçib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.