Bu il Məhərrəm ayı Miladi təqvimi ilə oktyabrın 3-ü, bazar ertəsi günü başlayacaq.
Hicri-qəməri təqviminin son ayı Zilhiccə bu il oktyabrın 2-si, bazar günü başa çatacaq. Bundan sonra Məhərrəm ayının 1-i tarixi ilə 1438-ci il başlayacaq.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova "Report"a bildirib ki, Məhərrəm ayının başlanması ilə əlaqədar olaraq, QMİ Qazilər Şurası tərəfindən fətva veriləcək.
Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Məhərrəm ayının 10-da Kərbəlada şəhid ediliblər.
Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.